Ana səhifə   |   Astrologiya    |   Reklam
+99451 920-50-20     [email protected]    

Filmlərimiz Hindistanda nümayiş olunacaq

Media24.az      24 Dekabr 2017, 00:29

“Onun atası” qısametrajlı bədii filmi və “Sarılar – Qarabağ atının izilə” sənədli filmi Hindistanın 6-cı Kəlkətə Beynəlxalq Uşaq Film Festivalına dəvət alıb.

“Azərbaycanfilm” kinostudiyasından verilən məlumata görə,“Onun atası” bədii filmi Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında lentə alınan “40-cı paraleldə” kinoalmanaxına daxil olan qısametrajlı filmlərdən biridir. Film Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə lentə alınıb.

Bildirilib ki, filmin ssenari müəllifi və quruluşçu rejissoru Zamin Məmmədov, quruluşçu operatoru Əli Sultanov, quruluşçu rəssamı Arif Niftiyev, icraçı prodüseri Rəhim Sadıqov, prodüseri Müşfiq Hətəmovdur.

Filmdə baş rolları Şamil Süleymanlı, Fateh Tahirov, Məbud Məhərrəmov və Ülviyyə Rza canlandırıblar.

"Sarılar – Qarabağ atının izi ilə” sənədli filmi Mədəniyyət və Turizm Nazirliyi və BP Azərbaycanın dəstəyi ilə Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və Almaniyanın “Studio Tor 1” Filmproduktion tərəfindən istehsal edilib.

Çəkilişləri İngiltərə, Almaniya, İsveçrə və Azərbaycanda aparılan sənədli filmin ssenari müəllifi Martin Vagner, rejissoru Villi Neumann, operatorları Andre Böhm, Birgit Handke, Bəhruz Əliyev, icraçı prodüseri Nadir Əliyevdir.

Qeyd olunub ki, 33 ölkədən 200 filmin iştirak edəcəyi festival dekabrın 31-dək Kəlkətədə davam edəcək. (Report)

Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99451 920-50-20

Bağla