Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Rəcəb Tayyib Ərdoğan: "Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz"

Media24.az      15 Sentyabr , 17:25
Rəcəb Tayyib Ərdoğan:

Dağlıq Qarabağ problemi Türkiyənin problemidir.

 

Media24.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş paradda çıxışı zamanı deyib.

 

R.T.Ərdoğan qeyd edib ki, buna görə də Türkiyə-Ermənistan sərhədlərinin açılmasından söhbət gedə bilməz: "Türkiyə Dağlıq Qarabağ probleminin həllində Azərbaycanı dəstəkləyib və bundan sonra da dəstəkləyəcək".

 

Türkiyə Prezidenti bildirib ki, bu gün Azərbaycan Türkiyənin sadəcə siyasi və iqtisadi sahədə deyil, eyni zamanda, bütün sahələrdə ən önəmli müttəfiqidir.

 

O vurğulayıb ki, bu gün hər iki dövlətin əlaqələri hər sahədə davam etməkdədir və bunda ümummilli lider Heydər Əliyevin və Azərbaycan Prezidenti İlham Əliyevin əməyi əvəzsizdir:

 

"Əlaqələrimizi daha da genişləndirəcək və bundan sonra müxtəlif layihələr həyata keçirəcəyik. Azərbaycanın sevinci bizim sevincimizdir, Azərbaycanın problemi isə bizim problemidir".

 

Dövlət başçısının sözlərinə görə, Azərbaycan ən çox şəhid türk məzarı olan qardaş ölkədir:

 

"Türkiyə və Azərbaycan bir ananın iki oğlu, qardaş dövlətdirlər. Azərbaycan və Türkiyənin keçmişi, dini və dili biridir. Bu gün burada toplaşmağımız 100 il bundan əvvəl şəhidlər verməyimizin və qardaşlığımızın simvoludur".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla