Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

ABD Malikdən İNANILMAZ SÖZLƏR: "Adətən arvaddan qorxan kişilər..."

Media24.az      14 Sentyabr , 22:56
ABD Malikdən İNANILMAZ SÖZLƏR:

Köhnə "Dəyirman"çı, hazırda solo fəaliyyət göstərən ABD Malik Publika.az-ın "Üç nöqtə" layihəsinin hədəfi olub.

 

Yaşı artıq 40-ı haqlayan məşhur, cavan qalmasının sirlərini bölüşüb. O, hesab edir ki, gənc qalmaq istəyən insan yumor hissini heç vaxt itirməməlidir.

 

İndiki ağlım olsaydı...

 

- Həyat yoldaşıma qarşı etdiyim yanlışları düzəldərdim.

 

Dünyanı dəyişmək imkanım olsaydı...

 

- Azərbaycanda avtomobillərin dayanacaq problemini aradan qaldırardım.

 

Kişilər o qadınlara xəyanət etmir ki...

 

- Adətən arvaddan qorxan kişilər xəyanət etmir. Təəssüf ki, xanımına sadiq qalan bəylər azdır.

 

Seviləsi qadın olmağın ilkin şərti...

 

- Mənə görə dadlı yemək bişirməyi bacarmalıdır. Sözsüz ki, zahiri görkəm vacib məqamlardan biridir, lakin o birinci yerdə dayanmır. Əsas odur ki, aranızda səmimiyyət və doğmalıq olsun.

Qadınlar yaşını ona görə gizlədir ki...

 

- Çünki gənc görünmək istəyirlər, onları qınaya bilmərik. Məsələn, mən artıq 40 yaşındayam, hiss edirəm ki, yaşla bağlı müəyyən komplekslər yaranmağa başlayıb. Ətrafın fikri məni narahat etmir, bu, sərf özümə aid olan məsələdir. Görürəm ki, həyat enişə tərəf gedir... Düzü, heç kim mənə bu yaşı vermir. Pozitiv insanam, zarafat etməyi, dostlarımla, yaxınlarımla deyib-gülməyi xoşlayıram. Yumor hissi insanı cavan saxlayır. Həmçinin şəkərdən istifadə etmirəm, nadir hallarda şirniyyat məhsulları yeyirəm. Hər səhər velosiped sürürəm və bunu hamıya məsləhət görürəm.

 

Qadına qarşı şiddət...

 

- Belə hadisələr məni sarsıdır. Bəzən kişilər öz aralarında hansısa qadının həyatını müzakirəyə çıxarırlar. Olmaz! Başqasının həyatına qarışmaq etik deyil!

 

Vicdan...

 

- Vicdansız ancaq heyvan olur. Vicdanının səsini dinləyəməyənlər insan deyil.

 

Təəssüf edirəm ki...

 

- Anamın qocalmağını görürəm, tez-tez ona təəssüf edirəm.

Vanqa nənə ilə görüşsəydim...

 

- Məsləhət görərdim ki, İslamı qəbul edib dinə-imana gəlsin.

 

Unuda bilmədiyim insana demək istərdim ki...

 

- Həyatımda unuda bilmədiyim insan var. “Sən, niyə mənimlə belə etdin?” deyib susardım.

 

Tənhalıq insan üçün lənətdir, yoxsa...

 

- Tənhalıq lənət deyil. Elə insan var ki, tənhalığı onu xoşbəxt edir. Amma özüm heç vaxt tənha qala bilmərəm, təklikdən tez bezirəm.

 

Kiminsə yalan danışdığını hiss edəndə...

 

- Dərhal özümdən çıxıram və ona inanmadığımı bildirirəm. Yalana dözümüm yoxdur.

 

Allah insanları ona görə qeyri-bərabər yaradıb ki...

 

- Allah hər bəndəsinə fərqli xüsusiyyətlər verib onları imtahana çəkir. Hamı bərabər olsaydı, imtahan olmazdı. İmtahansız həyat kimə və nəyə gərəkdir?

 

Günahlarım yadıma düşəndə...

 

- Namazdan sonra hər gün Allaha dua edirəm. İnsan hər addımında mütləq kiçik də olsa, günaha yol verir. Bu, bizdən asılı deyil. Əksər hallarda səhv edəndə dərk etmirik, biz düz iş görmürük. Çalışmalıyıq ki, günahlardan uzaq olaq.

 

Dostlarıma ən çox onu məsləhət görürəm ki…

 

- Kinli olmasınlar, bir-birinin qədrini bilsinlər. Dostların dəyərini yaşa dolduqca anlamağa başlayırsan və bir çox suallara cavab tapırsan.

Ata məsləhəti...

 

- Övladlarıma verdiyim ən qiymətli ata tövsiyəsi odur ki, hər zaman özlərinə hörmət etsinlər, güclü olsunlar. Özünə hörmət edən insana başqaları da həmişə hörmət edəcək və münasibətlərdə onlarla ehtiyatlı davranacaqlar.

 

İlahi ədalətə inancımı o zaman itirdim ki…

 

- Allaha olan inancımı heç vaxt itirməmişəm. Hər işimdə yaradana təvəkkül edirəm.

 

Mənə qarşı ən böyük ədalətsizlik...

 

- (Fikrə gedir) Dostum bir dəfə məni düz başa düşmədi, ondan sonra münasibətimiz pisləşdi. Halbuki, hər şey təsadüfən olmuşdu. O insan indiyədək mənə qarşı kinlidir və elə bilir ki, hər şeyi qəsdən etmişəm.

 

Heç vaxt heç kimə icazə vermirəm ki...

 

- Yanımda kimsə qadına əl qaldırsın, söyüş söysün, kimisə satsın və ya kiməsə qarşı haqsızlıq olunsun.

 

İnsanı çirkin göstərən xüsusiyyət...

 

- Satqınlıqdır.

 

O zaman düşünmədən riskə gedirəm ki...

 

- Həyatımı risklər olmadan təsəvvür etmirəm.

Hər dəfə çıxılmaz vəziyyətə düşəndə...

 

- Hər bir halda çıxış yolu var. Sadəcə səbirli olub düzgün yolu tapmağı bacarmalısan. Başımıza gələn hər bir hadisə Allahın göndərdiyi bir sınaqdır.

 

Yaxşı gündə, pis gündə...

 

- Şükür edək.

 

Çox sağ olun. Biz sizə ancaq yaxşı günlər arzu edirik. Fikirlərinizi öyrənmək maraqlı oldu.

 

- Minnətdaram.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla