Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

İslamda "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur - Dini Komitə

Media24.az      14 Sentyabr , 14:09
İslamda

İslam dinində ölüyə yas tutulması müddəti 3 gündür, "Cümə axşamları" və "Qırx" mərasimlərinin keçirilməsi yoxdur.

 

Media24.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova "Dini mərasimlər: ənənəvilik və müasirlik" mövzusunda keçirilən seminar-müşavirədə çıxışı zamanı deyib.

 

Onun sözlərinə görə, İslam dini Azərbaycan xalqının milli-mənəvi dəyərlərində dərin iz buraxıb, islam dəyərləri hər zaman uca tutulub: "Ölkəmizdə islamla bağlı bir sıra dini mərasimlər də keçirilir. Dini mərasimlər dinimizi, tariximizi, həyat tərzimizi əks etdirməlidir. Lakin bizim yas mərasimləri dəyişdirilib. İslamda israfçılıq böyük günahdır. Lakin bu gün görürük ki, ehsan xütbələri adı altında yeyib-icmək süfrələri təşkil edilir. Əslində bunlar ölmüş adam üçün böyük əziyyətdir, zülmdür. İslamda saç yolmaq yoxdur. İslamda yas zamanı qara libas geyinmək belə yoxdur. Bunlar daha çox xristianlıqdan İslama keçib".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla