Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ermənistan Azərbaycana MÜHARİBƏ ELAN ETDİ - Azərbaycan XİN-i Paşinyanı “təxribatçı” adlandırdı - VİDEO

Media24.az      14 Sentyabr , 00:02
Ermənistan Azərbaycana MÜHARİBƏ ELAN ETDİ - Azərbaycan XİN-i Paşinyanı “təxribatçı” adlandırdı - VİDEO

Paşinyan hökuməti növbəti dəfə təxribata əl atıb. Ancaq budəfəki təxribat öz həddini aşıb. Ötən gün Ermənistan parlamenti özünün fövqəladə iclasında Azərbaycana rəsmən müharibə elan edilməsi barədə qərar verib. Bu qərar sentyabrın 11-də başlayan "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində çıxarılıb. Azərbaycan Xarici İşlər Nazirliyi dərhal məsələ ilə bağlı cavab bəyanatı yayıb. Bəyanatda deyilir ki, "müharibə oyunları" kimi hərbi avantüralara görə məsuliyyət tam şəkildə Ermənistan rəhbərliyinin üzərinə düşür.

 

"Ermənistanda keçirilən "Şant-2018" hərbi komanda-qərargah təlimləri çərçivəsində Ermənistan parlamentinin Azərbaycana qarşı müharibə elan etməsi ssenarisi Ermənistanın işğalçı və təcavüzkar dövlət olmasının növbəti təsdiqi və etirafıdır". Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

 

Hikmət Hacıyevin sözlərinə görə, bu qərar Ermənistanin yeni siyasi-hərbi rəhbərliyinin malik olduğu arxaik və feodal düşüncənin göstəricisidir. Bundan başqa, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində konstruktiv addımlar atdığı və digər qonşu dövlətlərlə birlikdə regionun çiçəklənməsinə xidmət edən hərtərəfli regional əməkdaşlıq layihələrinin müəllifi qismində çıxış etdiyi bir vaxtda, Ermənistanın yeni hakimiyyəti Sarkisyan rejiminin hərbi diktatura siyasətini davam etdirir və regionu yeni hərbi avantüralarla və təhlükələrlə üzbəüz qoyur.

 

Hikmət Hacıyev bildirib ki, ermənistan parlamentinin verdiyi müharibə qərarı ilə bağlı azərbaycan hökuməti ən zəruri addımları atacaq. O, əlavə edib ki, beynəlxalq ictimaiyyət sivil dünya ilə Ermənistan arasında ciddi uçurumun olduğunun şahididir

 

Hikmət Hacıyev bildirib ki, Ermənistanın bu sərsəm bəyanatlarına dünyanın aparıcı təşkilatlarının lazımlı cavab verməyinin zamanı çatıb

 

Əminliklə söyləmək olar ki, Paşinyanın təxribatları artıq sərhəd tanımır və Ermənistan odla oynayır. Və bu məntiqsiz davranışlar Azərbaycanı adekvat addımlar atmağa vadar edir..

 

 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla