Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Xəzər dənizinin suyu azalır - Ciddi fəsadlara olacaq - VİDEO

Media24.az      14 Sentyabr , 06:09
Xəzər dənizinin suyu azalır - Ciddi fəsadlara olacaq - VİDEO

Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşür. Dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib.

 

Son üç-dörd ildə Xəzər dənizinin səviyyəsi sürətlə aşağı düşür. Artıq bəzi sahillərdə dəniz suyu 200-300 metrədək geri çəkilib. Nəticədə geniş ərazi kontinental rejimə keçib.AMEA-nın Coğrafiya institutunun şöbə müdiri Mirnuhİsmayilov mövcud vəziyəti iqlim dəyişmələri ilə əlaqələndirir.

 

Dənizin geri çəkilməsi qurunun içərilərinə doğru iqlimin yumşaldıcı təsirini zəiflədib. Mirno İsmayilov deyir ki, artıq problem bəzi ətraf sahələrdə özünü göstərməyə başlayıb.

 

Bundan başqa,dəniz altından çıxmış ərazilərdə şiddətli dərəcədə şorlaşmış tipik yarımsəhra və səhralaşmış landşaftlar əmələ gəlib. Şöbə müdirinin sözlərinə görə, getdikcə vəziyət daha da dərinləşəcək.Xəzərin Salyan düzündə, Qultuk və Qızılağac körfəzi sahillərində sürətlə geri çəkilməsi təbii landşaftlarda aridləşmə və səhralaşma meylini gücləndirəcək. Bu isə sosial-iqtisadi sahələrdə ciddi fəsadlara səbəb olacaq.

 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla