Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycanda nişan məclisində kütləvi zəhərlənmə olub

Media24.az      12 Avqust , 22:30
Azərbaycanda nişan məclisində kütləvi zəhərlənmə olub

Mingəçevirdə məclisdə mədə bağırsaq pozuntusu keçirən 7 nəfər xəstəxanaya yerləşdirilib.

 

Media24.Az report.az-a istinadən bildirir ki, hadisə Günəşli yaşayış massivində keçirilən nişan mərasimində baş verib. Belə ki, qonaqlar arasında kütləvi mədə bağırsaq pozuntusu yaşanıb. Halı pisləşən 10-a yaxın məclis iştirakçısı xəstəxanaya çatdırılıb. Həmin şəxslərdən durumu daha ciddi olan 7-si xəstəxanaya yerləşdirilib. Onlar aşağıdakılardır:

 

Aşurov Osman Şahlar oğlu 2004-cü il təvəllüdlü Mingəçevir şəhər sakini

 

Aşurova Xumarə Anar qızı 1996-cı il təvəllüdlü Ağdaş rayon sakini

 

Aşurova Mətanət Ramiz qızı 1982-ci il təvəllüdlü Ağdaş rayon sakini

 

Aşurova Səidə Şahlar qızı 2003-cü il təvəllüdlü

 

Nəbiyeva Zinyət Ələddin qızı 1961-ci il təvəllüdlü Mingəçevir şəhər sakini

 

Mirzəliyeva Şəfa Elnur qızı 1952-ci il təvəllüdlü Mingəçevir şəhər sakini

 

Mirzəliyeva Şəfəq Təhməz qızı 2014-cü il təvəllüdlü Mingəçevir şəhər sakini

 

Əldə edilən ilkin məlumata görə, qonaqlarda mədə pozuntusu "Paytaxt" salatından istifadə olunandan sonra baş verib.

 

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla