Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Gəncə hadisələrinin daha bir iştirakçısı məhv edildi

Media24.az      12 Avqust , 10:21
Gəncə hadisələrinin daha bir iştirakçısı məhv edildi

3 və 10 iyul Gəncə hadisələrinin axtarışda olan fəal iştirakçılarından biri müqavimət göstərdiyinə görə Daxili İşlər Nazirliyinin xüsusi operativ qrupu tərəfindən məhv edilib.

 

Bu barədə virtualaz.org-a hüquq-mühafizə orqanlarındakı mənbələrdən bildirilib.

 

İnformasiyaya əsasən, öldürülən Gəncə sakini Rəhimov Muraz Çapay oğludur. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən keçirilən operativ tədbirlərin gedişatında cinayətkarın Sumqayıtda gizləndiyi yer müəyyən edilib.

 

Cinayətkar polislərin təslim olmaq və silahı təhvil vermək barədə dəfələrlə etdikləri çağırışlara əhəmiyyət verməyib və qanun keşikçilərinə atəş açıb. Polis xidməti silah tətbiq etmək məcburiyyətində qalıb və cavab tədbirl ilə cinayətkar məhv edilib.

 

Hadisə yerinin müayinəsi zamanı Muraz Rəhimovun yanında “Makarov” tapançası və ona aid döyüş sursatı aşkar edilib.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla