Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Leysan Balakəni iflic etdi – Əhali helikopterlə çıxarılır

Media24.az      11 Avqust , 17:34
Leysan Balakəni iflic etdi – Əhali helikopterlə çıxarılır

10-11 avqust 2018-ci il tarixlərində gecə və səhər saatlarında Respublikanın şimal-qərb rayonlarında yağan leysan xarakterli yağışlar nəticəsində Zaqatala rayonunun Höytala və Vöhtala kəndləri ərazisində Tala çayında və Balakən rayonunun İkitala kəndi ərazisində Katex çayında suyun səviyyəsi artıb.

 

Fövqəladə Hallar Nazirliyindən Media24.Az-a  verilən məlumata görə, açıq ərazilər, kəndlərə gedən avtomobil yolları, bəzi həyətyanı sahələr yağış suları ilə dolub.

 

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlər ilə əlaqədar olaraq subasma ərazisində köməksiz vəziyyətdə qalmış vətəndaşların təhlükəsiz əraziyə köçürülməsi, suçəkmə işlərinin və digər təxirəsalınmaz tədbirlərin görülməsi üçün Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “Mi-17” helikopteri, Mülki müdafiə qonşunlarının şəxsi heyəti, Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvəlləri və texnikası hadisə rayonlarına cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla