Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ekstrasens Zirəddin Xaçaturyanın qətlini araşdırır - FOTO+VİDEO

Media24.az      11 Avqust , 17:05
Ekstrasens Zirəddin Xaçaturyanın qətlini araşdırır - FOTO+VİDEO

Rusiyanın “Komsomolskaya Pravda” nəşri üç qızı tərəfindən öldürülən atanın qətlinin araşdırılması məsələsinə azərbaycanlı ekstrasens Zirəddin Rzayevi cəlb edib. 

 

Xatırladaq ki, iyunun 27-də Moskvada Mariya, Angelina və Krestina Xaçaturyan bacıları doğma ataları Mixail Xaçaturyanı qətlə yetirib. 

Bacılar deyib ki, ataları zalım və tiran olub. Evdəkiləri döyüb, silahla təhdid edib, bayıra çıxmasına və hətta telefonla danışmasına icazə verməyib. Qızlarına xadimə kimi baxıb. Ən dəhşətlisi isə, qızlar deyib ki, ataları onlara təcavüz edib.

 

Bununla yanaşı, Xaçaturyanın qohumları bildirirlər ki, bacılar yalan danışırlar. 

 

Oxu.Az xəbər verir ki, həqiqətləri öyrənmək üçün “KP” 2008-ci ildə “Ekstrasenslərin mübarizəsi” telelayihəsinin 6-cı mövsümünün qalibi azərbaycanlı ekstrasens Zirəddin Rzayevin köməyindən istifadə etmək qərarına gəlib. 

 

Qəzet yazır ki, lazımi mərtəbəyə qalxan Zirəddin qapıya toxunub, bir müddət sakit qaldıqdan sonra deyib:  

 

“Bura çox pis mənzildir, burada şər yaşayır. Hələ də oradan soyuq gəlir. Burada xoşbəxtlik yoxdur və insanlar arasında harmoniya olmayıb. Bu mənzil deyil, həbsxanadır...”

Ekstrasens deyib ki, yerin enerjisini hiss edir:

 

“Hiss edirəm ki, kimsə qəzəbə, nifrətə görə bu mənzili yandırmaq istəyib. Qızlardan hansısa... Ancaq nəsə onu dayandırıb”. 

 

Cinayət günü ilə bağlı ekstrasens az danışıb.

 

“Görürəm ki, bu, planlaşdırılmış hadisə deyil. Qəfil baş verib. Əvvəlcə qızlardan biri bıçağı götürüb. Digərləri onu dəstəkləyib... Hiss edirəm: yaralanmış Xaçaturyan otağından çıxıb, ancaq qan axa-axa burada yıxılıb. Ancaq o, qorxu hiss etməyib. Son ana qədər fikirləşib ki, yaşayacaq. Əgər o, sağ qalsaydı, qızlarını öldürəcəkdi”. 

Mixail və qızlarının fotosuna baxan zaman ekstrasens deyib ki, kişi vəhşi heyvan kimi olub:

 

“Başa düşürsünüz, o, bütün dünyanın onun ətrafında fırlanmasına öyrəşmişdi. Başqalarının fikri onu maraqlandırmırdı. O, belə yaşayırdı”. 

 

Ekstrasensin sözlərinə görə, Xaçaturyan zalım olub və qızları da yalan danışmır: 

 

“Qızlar doğru danışır ki, o zalım və ağır xasiyyətli olub, - Rzayev deyib. – Təcavüz və seksual zorakılıqla bağlı isə yalan danışırlar. Belə bir hadisə olmayıb. Onlar belə bir şeyi fikirləşiblər ki, ətrafdakılar onların hərəkətinə haqq qazandırsın.

 

Sizə necə başa salım... Mixail Xaçaturyan qızlarını şəxsi mülki hesab edirdi. Ailə başçısı qızlarının onun adına ləkə gətirməsindən qorxurdu”.

 

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla