Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Barselona"dan PSJ-yə daha bir TRANSFER - 125 milyon avro

Media24.az      11 Avqust , 18:00

PSJ transfer bombasını partlatmağa hazırlaşır.

 

Paris klubu "Barselona"dan İvan Raktiçi transfer etmək niyyətində olduğu bildirilir.

 

"El Mundo Deportivo"nun məlumatına görə, bu mövsüm Çempionlar Liqasını qazanmağı hədəfləyən PSJ-nin sahibi Nasir Əl-Xəlifə Neymardan sonra "Barselona"dan daha bir ulduzun transferi üçün hərəkətə keçib. Qətərli milyarderin Raktiç üçün "Barselona"ya 125 milyon avro təklif etdiyi bildirilir.

 

Qeyd edilir ki, xorvat ulduzu "Monako" da istəyir. Lakin PSJ-nin daha israrlı olduğu və artıq təklifini qarşı tərəfə təqdim etdiyi bildirilir.

 

Qeyd edək ki, Raktiç 2014-cü ildə "Sevilya"dan "Barselona"ya 18 milyon avroya transfer olunub. Hazırda "Transfermarkt"ın 50 milyon avro qiymət qoyduğu 30 yaşlı futbolçu ötən mövsüm oynadığı 55 rəsmi matçda 4 qol vurub və 5 məhsuldar ötürmə edib.

fanat.az

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla