Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Benzinin qiymətinin artmasına ehtiyac yoxdur” - Millət vəkili

Media24.az      11 Avqust , 16:10
“Benzinin qiymətinin artmasına ehtiyac yoxdur” - Millət vəkili
Bir neçə gündür cəmiyyətdə avtomobil yanacağının qiymətinin artacağı ilə bağlı müzakirələr gedir. İddialara görə, sentyabr ayından Aİ 92 markalı benzinin qiyməti 90 qəpikdən 1 manata, Aİ 95 markalı benzinin qiyməti isə 1,25 manatdan 1,35 manata qalxacaq. 
 
 
Media24.Az xəbər verir ki, məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, sosial şəbəkələrdə benzinin qiymətinin qalxması ilə bağlı müzakirələr gedir, amma rəsmi olaraq elə bir məlumat yoxdur.
 
 
"Hazırda Azərbaycanda benzinin qiymətinin qalxmasına elə bir ehtiyac yoxdur. Azərbaycanın dövlət büdcəsində kifayət qədər vəsait var. 45 milyard dollara yaxın ehtiyatımız var. Ona görə də benzinin qiymətinin artmasına ehtiyac yoxdur”. 
 
 
Deputat bildirib ki, benzinin qiymətinin artması bütün məhsulların qiymətinin artmasına səbəb olur.
 
 
"Belə hesab edirəm ki, hələlik bu məsələyə toxunmaq olmaz. Əhalinin maaşını, pensiyasını, sosial təminatını nəzərə alaraq hələlik bu məsələni saxlam
aq lazımdır. Cəmiyyətdə belə müzakirələr getsə də, rəsmi orqanlardan bu barədə heçnə eşitməmişəm”.
Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla