Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Abituriyent anasının tənqidlərindən bezərək intihar etdi - Cəlilabadda dəhşət

Media24.az      11 Avqust , 15:48
Abituriyent anasının tənqidlərindən bezərək intihar etdi - Cəlilabadda dəhşət
Cəlilabadda intihar hadisəsi baş verib.
 

Media24.Az-ın Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb. 

 

Belə ki, kənd sakini Nurlan İslam oğlu Mirzəyev yaşadığı evdə özünü asaraq intihar edib. 

 

Məlumatına görə, N.Mirzəyev bu il qəbul imtahanı zamanı II qrupa aid ixtisaslara qəbul olmaq üçün imtahan verib.

 

O, imtahandan sonra anasına 400-480 bal topladığını bildirib. Anası isə onun az bal topladığını deyərək oğlunu danlayıb. Dövlət İmtahan Mərkəzinin (DİM) abituriyentlərin topladığı balları açıqlayandan sonra N.Mirzəyevin 310 bal topladığı məlum olub. Bu zaman anası ilə oğlu arasında yenidən mübahisə yaranıb. Nəticədə N.Mirzəyev anasının tənqidlərindən bezərək avqustun 10-da axşam saatlarında tövlədə özünü asaraq intihar edib. 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla