Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ərdoğan ABŞ-a xəbərdarlıq etdi

Media24.az      11 Avqust , 12:33
Ərdoğan ABŞ-a xəbərdarlıq etdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Vaşinqtonun ticarət tariflərini artırması üçün yeni müttəfiqlər tapmaq niyyətilə bağlı Vaşinqtonu xəbərdar edib. 

 

Media24.Az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı siyasətçinin “The New York Times” nəşrində dərc olunan məqaləsində deyilir.

 

Ərdoğanın fikrincə, Ankaraya qarşı birtərəfli addımlar yalnız ABŞ-ın maraqlarını və təhlükəsizliyi poza bilər. 

 

Türk lider ABŞ hökumətini ölkələr arasında uyğunsuzluq münasibətlərinin mövcudluğunun mümkünlüyü barədə yanlış fikirlərdən imtina etməyə çağırıb.

 

“Əgər birtərəfli tendensiya tətbiq edilsə, hörmətsizlik uğursuzluğa səbəb olacaq və biz yeni dostlar, müttəfiqlər axtarmalı olacağıq”, - Ərdoğan bildirib. 

 

Bundan başqa, türk lider Türkiyə ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı sanksiyaları qəbuledilməz hesab edir. 

 

ABŞ amerikalı keşiş Endryu Bransonun həbsinə görə türkiyəli dövlət qulluqçularını “insan haqlarını kobud surətdə pozmaqda” ittiham edib. 

 

Avqustun 10-da ABŞ prezidenti Donald Tramp Türkiyədən idxal olunan alüminiumun ixracına tətbiq edilən rüsumun 20 faiz, polada isə 50 faiz artırıldığını elan edib. 

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla