Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

DSX-dən əməliyyat: külli miqdarda narkotik aşkarlandı - Foto

Media24.az      11 Avqust , 11:16
DSX-dən əməliyyat: külli miqdarda narkotik aşkarlandı - Foto

2018-ci ilin avqust ayında Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən sərhədboyu zona ərazisində külli miqdarda nar­kotik vasitə qanunsuz dövriyyədən çıxarılıb, həmçinin 1 nəfər əc­nəbi vətəndaş tərəfindən dövlət sər­hə­di­nin pozulmasının qarşısı alınıb.

 

DSX-dan Media24.Az-a verilən məlumata görə, birinci hadisə 3 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sər­həd qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti sahəsində baş verib.

 

Qabaqlayıcı əməliyyat məlumatı əsasında Cəlilabad ra­yonu Sulu­çeşmə kəndinin yaxınlığında “Pusqu” sərhəd naryadının xidməti təşkil olunub. Saat 01:30 radələrində VAZ-2172 markalı 99 GL 017 dövlət qeydiyyat nömrə nişanlı avto­mo­bilin həmin əraziyə yaxın­laşması, avtomobildən düşən 1 nəfər şəxsin yol kənarından ağ rəngli bağlamanı götürməsi müşahidə olunub.

 

Həmin şəxs sər­həd nar­yadı tərəfindən təqib edilərək yaxalanıb, əlindəki bağlamada 3 kq tir­yək aşkar olunub. Saxlanılmış şəxsin Azərbaycan Respublika­sı­nın vətəndaşı Cəlilabad rayonunun sakini 1987-ci il təvəllüdlü Baxşə­liyev Xəyal Əli oğlunun olması müəyyən edilib.

 

İkinci hadisə 8 avqust tarixində Dövlət Sərhəd Xidmətinin sərhəd qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində baş ver­ib. Həmin tarixdə Astara rayonunun Alaşa kəndi yaxınlığındakı sər­həd zasta­vasının xid­məti sahəsində naməlum şəxsin hərəkəti sər­həd naryadı tərəfindən qeydə alınıb və sərhəd zastavasına məruzə olunub.

 

Sərhəd zastavasının şəxsi heyəti “Silaha” komandası ilə qal­dırılıb və hadisə yerinə hərəkət edilib. İran İslam Respubli­ka­sın­dan Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini poza­raq mü­həndis-texniki çəpərə doğru hərəkət edən 1 nəfər şəxs saxla­nılıb. Şəxsiyyətini təsdiq edən heç bir sənədə malik olmayan sər­həd pozucusu İran İslam Respublikasının və­tən­daşı 1996-cı il təvəl­lüdlü Əli Abdullanicat Soltanhüseyin olmasını bildirib, üzə­rin­də 1 ədəd mobil telefon, 2800000 İİR rialı, 1 ədəd kəsici bıçaq, 1 ədəd qızıl üzük və 1 ədəd bankomat kartı aşkar olunub.

 

Saxlanılmış şəxslər barəsində zəruri əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla