Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR?

Media24.az      11 Avqust , 10:21
Səhər saatlarında Bakı metrosunda çaşqınlıq – NƏ BAŞ VERİR?
Bu gün Bakı metrosunda sərnişinlər çaşqınlıq yaşayıblar.
 
 
Bu barədə hadisə şahidləri baku.ws-ə bildiriblər. Verilən məlumata görə, metronun "Həzi Aslanov” xəttindən qatarlar ancaq "Dərnəgül” istiqamətinə hərəkət edib.
 
 
"Səhər saat 7 və 8 radələrində metronun "Həzi Aslanov” xətti istiqamətindən təkcə "Dərnəgül” istiqamətinə hərəkət var. "İçərişəhər” istiqamətinə qatar işləmir. Artıq 5-6 qatar buraxmışıq. Hamısı "Dərnəgül”ə gedir”, - deyə bildiriblər.
 
 
Məsələ ilə bağlı Bakı Metropoliteni ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov  açıqlamasında bildirdi ki, bu qatarların hərəkətinin tənzimlənməsilə əlaqədardır.
 
 
"Səhər saatlarında "Həzi Aslanov” stansiyası istiqamətindən təkcə "Dərnəgül” istiqamətinə qatarlar gedir. "İçərişəhər” stansiyasına getmək istəyənlər isə "Nərimanov” stansiyasında düşməlidirlər. "Bakmil” stansiyasından gələn qatarlar "İçərişəhər”ə hərəkət edir. Sonrakı saatlarda isə bu qrafik tənzimlənir", - deyə qurum rəsmisi bildirib.
 
 
Qeyd edək ki, yay qrafiki ilə əlaqədar bu problem davam edəcək.
Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla