Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Günəş sisteminə aid olmayan ilk güclü ulduz partlayışı müşahidə edilib

Media24.az      11 Avqust , 01:15
Günəş sisteminə aid olmayan ilk güclü ulduz partlayışı müşahidə edilib

Astronomlar uzaq ulduzlarda Günəş sisteminə aid olmayan ilk güclü partlayış müşahidə ediblər. Alimlər "Günəş alışması" adlanan analoji partlayışın təsirini uzun müddətdir öyrənirlər. Ulduzlardan gələn bu güclü işıq mənbəyinin öyrənilməsi isə başqa ulduz sistemlərində yerləşən planetlərdə həyatın mövcud olması ilə bağlı yeni tədqiqatlara yol açacaq.

 

Media24.Az AZƏRTAC-a istinadən bildirir ki, on il əvvəl astronomlar Yer planetindən 450 işıq ili uzaqlıqda yerləşən ulduzdan gələn zəif işığı qeydə alıblar. Partlayış nəticəsində görünən yeni parlaq ulduzun işığı Günəşdə olduğundan 10 dəfə güclü və daha əhatəlidir.

 

İtaliyanın Palermo Universitetinin astronomu Konstanza Argiroffi və həmkarlarının "Chandra" rəsədxanasında müşahidə etdikləri güclü işıq seli X-ray texnologiyası vasitəsilə qeydə alınıb. Bu texnologiyanın fəzaya göndərdiyi şüalar nəticəsində ulduzlardan gələn güclü işıqları qeydə almaq mümkündür.

 
Kembric Universitetinin astrofizika mərkəzinin professoru Julian Alvarado-Qomes astronomiya elmi üçün əlamətdar olan bu hadisəni şərh edərək bildirib ki, heç kim Günəş sistemindən kənarda olan bu böyük ulduz partlayışının Yerdə müşahidə ediləcəyinə inanmırdı. Partlayış zamanı uzaq ulduzun təxminən 1 milyard trilyon qram müxtəlif elementləri kosmosa püskürdüyü ehtimal olunur. Lakin kinetik enerjinin azlığı bu elementlərin uçuş sürətini daha zəif edir.

 

Alvarado-Qomes əlavə edib ki, uzaq ulduzların maqnit sahəsi Günəşdən daha güclüdür və partlayışdan sonra kosmosa yayılan maddələrin böyük bir hissəsi geri qayıdır. Onun sözlərinə görə, bu amil daha böyük partlayışların işığını müşahidə etməyə mane olur.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla