Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Qadın və kişilər məhsulda nəyə önəm verir?: Qiymət, yoxsa keyfiyyət?

Media24.az      22 İyul , 20:32
Qadın və kişilər məhsulda nəyə önəm verir?: Qiymət, yoxsa keyfiyyət?

Bir sıra müştəri üçün aldığı məhsulun və ya xidmətin qiyməti böyük önəm daşıyır. "First Insight Inc." şirkətinin apardığı son araşdırma isə onu göstərir ki, müştərilər üçün məhsulun keyfiyyəti qiymətdən öncə gəlir.

 

Media24.Az facemark.az-a istinadən bildirir ki, WWD adlı internet saytının paylaşdığı xəbərə görə, araşdırma 1000 nəfər müştərinin iştirakı ilə reallaşdırılıb. Bu istehlakçı araşdırma ümumi olaraq nəqliyyat vasitələrinə, ev əşyalarına, elektronik məhsullara fokuslanıb.

 

"First Insight Inc." şirkətinin təsisçisi və baş icraçı direktoru olan Greg Petro isə deyib ki, müştərilər daim yeni fürsətlər axtarışındadır, mağaza sahibləri isə istehlakçıların bu davranışlarına endirimlərlə qarşılıq verir. Petroya görə, müştərilərə istədikləri keyfiyyət, çeşid, qiymətdə məhsul təklif edən pərakəndə şirkətləri daha çox yadda qalır və istehlakçının zehnini dəyişdirirlər. O deyib ki, bu araşdırmanın nəticəsi göstərib ki, müştərilərin məhsulun qiyməti və keyfiyyəti barəsində olan düşüncələrində ciddi dəyişiklik baş verib. Araşdırma şirkətinin baş icraçı direktoru əlavə edib ki, endirimlər istisna olduqda belə, pərakəndə şirkətləri geyimdən mebelə, cihazlara qədər hər kateqoriyadan olan keyfiyyətli məhsullar hesabına daha çox satış etmək şansına sahibdirlər.

 

Araşdırmaçılar anketdə iştirak edənlərin 53%-nin keyfiyyəti "satış anında ən önəmli faktor" olaraq dəyərləndirib. Amma 38% respondent isə düşünür ki, "satın anında ən önəmli faktoru qiymətdir". Hesabatı hazırlayan araşdırmaçıların sözlərinə görə, sorğuda iştirak edən müştərilərin böyük qisminin nəqliyyat vasitələrinin, "ağıllı" telefonların, elektronik əşyaların alınması zamanı endirim gözləntisi olmayıb. Araşdırmaçılar əlavə edib ki, müştərilərin gün keçdikdə endirim gözləntiləri də aşağı düşür. "First Insight" şirkəti apardığı tədqiqat nəticəsində belə bir nəticəyə gəlib ki, sorğuda iştirak edənlərin 98%-i mebellərin seçimi, 74%-i isə nəqliyyat vasitələrinin satış anındakı qərarlarına endirimin təsiri olmayıb. Tədqiqat şirkəti qeyd edir ki, nəticələr bu günə qədərki ən yüksək göstəricilər hesab olunur. Endirimlərin satış qərarlarına təsir etmədiklərini deyən "baby boomers" nəslinin (1946 ilə 1964-cü illər arasında doğulanlar) mənsubları və kişilərin 100% hissəsi, mebel kateqoriyasında belə düşünür. Və adıçəkilən kateqoriyada belə düşünənlərin sayı 2 qat artıb. Belə ki, "Baby boomers" nəsli üçün 128%, kişilərdə isə 111%-lik artım müşahidə olunub. Bundan başqa, endirimlərin satış qərarlarına təsir etmədiklərindən danışan Y nəslinin faiz nisbəti öncəki anketə görə 94%-lik artım göstərib.

 

Bəs məhsulun qiymət və keyfiyyətinə qadınlar və kişilərin baxış bucağından baxsaq nə baş verər? Tədqiqat şirkəti bu suala da cavab tapıb. "First Insight"ın qiymətləndirməsinə görə, kişilərin 54%-i, qadınların isə 51%-i keyfiyyəti satış alma qərarlarında ən önəmli faktor adlandırıb. Bundan başqa, yuxarıda da qeyd etdiyimiz kimi "baby boomers", Y və X nəsli üçün də keyfiyyəti qiymətə üstün tutur. X nəslinin 41%-i qiymətin onlar üçün ən önəmli faktor olduğunu deyir. "Baby boomers" və Y nəsli üçün bu göstərici 36%-dir.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla