Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bütün Şimali Avropa məhv edilə bilər – Qərbdə Rusiya ilə müharibə SSENARİSİNİ AÇIQLADILAR

Media24.az      22 İyul , 17:15
Bütün Şimali Avropa məhv edilə bilər – Qərbdə Rusiya ilə müharibə SSENARİSİNİ AÇIQLADILAR

Amerikanın “Military Watch” nəşri Avropada NATO-nun raket əleyhinə müdafiə sistemi ilə Rusiyanın “İskəndər” operativ-taktik raket kompleksinin imkanlarını müqayisə edib.

 

Publika.az xəbər verir ki, nəşrin gəldiyi nəticəyə görə, NATO-nun “Patriot” sistemləri “İskəndər”ləri yaxalaya bilməyəcək.

 

“Beləliklə, NATO-nun obyektləri Rusiyanın raket kompleksinin qarşısında praktik olaraq müdafiəsiz qalacaq”, - məqalənin müəllifləri qeyd edirlər.

 

Müəlliflər qeyd edirlər ki, Yəməndə bu yaxınlarda “Patriot” sistemlərinin tətbiqi də onların qənaətini möhkəmləndirir. Onlar xatırladırlar ki, Amerika kompleksi Husi qiyamçılarının istifadə etdiyi “R-17” (NATO təsnifatı üzrə “Scud B” -red.) raketinə qarşı effektsiz olub. “R-17” 1962-ci ildə silahlanmaya qəbul edilib və müəlliflər bildirirlər ki, “İskəndər”lə müqayisədə əhəmiyyətli dərəcədə primitiv silah hesab edilir.

 

Məqalədə həmçinin qeyd edilir ki, “İskəndər” raket kompleksinin silahlanmaya qəbulu ABŞ-ın Avropadakı müttəfiqlərində narahatlıq doğurub. İsveç hərbi rəhbərliyi təşvişə düşüb ki, bu komplekslərin sayəsində Rusiya qoşunları ölkənin bütün hərbi obyektləri və aerodromları tezliklə məhv edə və nəticədə İsveçlə müharibə halında Rusiyanın böyük üstünlüyünü təmin edə bilər.

 

Müəlliflər bildirirlər ki, “İskəndər”lərin Rusiyanın qərbində (Kalininqrad vilayəti –red.) yerləşdirilməsi onların Şimali Avropada praktik olaraq istənilən nöqtəyə çatmasına imkan verir.

Qeyd edək ki, “İskəndər” raketi Rusiya hərbi sənayesinin ən son yeniliklərindən biridir. Bu raketlər 500 kilometr məsafədən hədəfə 100 faiz dəqiqliklə zərbə endirir və nüvə başlığı da daşıya bilir. “İskəndər-M” kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və “Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. “İsgəndər” operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri “İskəndər-M” raketləridir. “İskəndər-M” raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.

 

Rusiya hərbi sənayesi “İskəndər-M” raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Hazırda “İskəndər-M” Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur. Kompleks iki raketlə təchiz olunub, birinci raketin buraxılmasından cəmi bir dəqiqə sonra ikinci raket start götürür. “İskəndər-M” iki raketin eyni şaxtada quraşdırıldığı yeganə kompleksdir. Raket hədəfə çatana qədər komanda mərkəzindən idarə olunur.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla