Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Ağdam kabus şəhərə çevrilib” – Fransa mediası - FOTO

Media24.az      21 İyul , 23:10
“Ağdam kabus şəhərə çevrilib” – Fransa mediası - FOTO

Fransanın www.ouest-france.fr portalında "30 minlik əhalisi olan Ağdam kabus şəhərə çevrilib" sərlövhəli məqalə dərc edilib.

 

Media24.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə UEFA Avropa Liqasında mübarizə aparan Ağdamın "Qarabağ" futbol klubu haqqında ətraflı məlumat verilib.

 

Müəllif klubun doğma şəhəri Ağdamla bağlı maraqlı məqamlara toxunaraq, onun işğal altında olduğunu bildirib. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən müəllif Ağdam şəhərinin strateji əhəmiyyətindən söz açıb. O, Ağdamın buradakı binaların rənginə görə hələ XVIII əsrdə "ağ şəhər" adlandırıldığını yazıb. Ağdamın qədim muzeylərinə dair ətraflı məlumatın verildiyi yazıda müharibə nəticəsində xarabazarlığa çevrilmiş şəhərin "Qafqazın Xirosiması" olduğu diqqətə çatdırılıb.

 

Ötən il Azərbaycan futbolunun tarixində ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edən "Qarabağ" klubunun bu il avrokuboklarda mübarizəyə əzmkarlıqla başlaması komandanı yenidən qitənin idman mətbuatının diqqət mərkəzinə çevirib. Bu məqamın xüsusi vurğulandığı yazıda klubun 1993-cü ildən etibarən ev oyunlarını doğma şəhərində keçirə bilməməsi qeyd edilib, Ağdamın "kabus şəhəri"n təmsilçisi olduğu diqqətə çatdırılıb.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla