Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Sən qanunlamı işləyirsən?..." - Reyd zamanı qalmaqal

Media24.az      21 İyul , 13:55

"Qırmızı körpü" istiqamətindən Azərbaycana gələn turistlərin, həmçinin Tovuz rayon ərazisindən istirahət zonalarına  üz tutan insanların sərbəst hərəkətini təmin etmək məqsədi ilə qanun keşikçiləri hərəkətə keçib.

 

Media24.Az xəbər verir ki, bu dəfə də hədəf yollarda təhlükə yaradan səriştəsiz sürücülər olub. Qanundan bixəbər olanlar, hələ üstəlik sükan arxasına əyləşməyə heç bir hüququ çatmayanlar cərimələrdən yayına bilmədi. Kimisi sükansız qaldı, kimisi də vaxtını və pulunu hədər yerə xərclədi. Yaranmış abu-hava isə çoxlarının heç də ürəyincə olmadı, aqressiv davranışlarla özlərinə haqq qazandırmağa çalışanlar məsuliyyəti üzərlərindən atmağa çalışdılar. Bu  kimi davranışlar onları düşdükləri durumdan çıxara bilmədi. Protokollar yazıldı, sükanı düzgün saxlaya bilməyənlər yollarına dörd təkər olmadan davam etdilər. Məqsəd birdir, baş verə biləcək qəzaların qarşısını almaq və qaydaları bilməyənləri maarifləndirmək.Əksər sürücülər bunu başa düşməsə də bir çoxları nə etdiyinin fərqindədir. Sonrakı peşimançılıq fayda verməz deyiblər. Buna görə də mühərriki işə salmazdan öncə yüz ölçüb, bir biçmək lazımdır ki, yollarda heç bir faciə baş verməsin! 

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla