Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bakıda bəzi yerlərdə işığın verilməmə SƏBƏBİ açıqlandı

Media24.az      21 İyul , 12:42
Bakıda bəzi yerlərdə işığın verilməmə SƏBƏBİ açıqlandı

"Azərenerji" ASC iyulun 20-də axşam saatlarında Bakıda bəzi ərazilərdə elektrik enerjisi verilişində fasilə yaranmasına münasibət bildirib.

 

Media24.Az Trend-ə istinadən bildirir ki, həmin gün saat 22:20-də Bakının Əhmədli qəsəbəsi ərazisində naməlum səbəbdən 1 və 2 saylı 8-ci km və Həzi Aslanov yüksək gərginlikli elektrik verilişi xətlərində eyni zamanda qısaqapanma nəticəsində naqillərin qırılması hadisəsi baş verib.

 

Nəticədə, Nizami və Xətai rayonlarının istehlakçılarının az bir hissəsinə ehtiyat qida mənbəyinə keçmək üçün operativ əməliyyat aparmağa sərf olunan vaxt müddətində elektrik enerjisinə məhdudiyyət vermək məcburiyyəti yaranıb. Bu zaman Bakı şəhərinin elektrik enerjisi təminatında güc çatışmazlığı olmayıb: "Eyni zamanda bildiririk ki, "Azərişıq" ASC-nin mətbuat xidməti tərəfindən Mərdəkan qəsəbəsində yerləşən "Şimal" elektrik stansiyasının dayanması haqqında yayılan informasiyalar həqiqəti əks etdirmir.

 

Qeyd etmək lazımdır ki, "Şimal" elektrik stansiyasının iş rejimində son günlər heç bir dəyişiklik baş verməyib".

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla