Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF - FOTO

Media24.az      18 İyul , 15:15
“Anam məni gecə 3-də Adnan Oktara aparırdı” – 13 yaşında zorlanan qızdan DƏHŞƏTLİ ETİRAF - FOTO

Türkiyədə özünü din xadimi kimi təqdim edən Adnan Oktar və cinayətkar təşkilatından zərərçəkənlərin polisə danışdıqları dəhşətli həqiqətləri bir-bir ortaya çıxarır.

 

Media24.Az publika.az-a istinadən xəbər verir ki, 13 yaşında ikən Adnan Oktarın təcavüzünə uğrayan, bu gün 15 yaşında olan Serra M. İsveçrədən gələrək Oktarın villasında yaşadıqlarını polisə danışıb.

 

Serra M. hələ 9 yaşında olarkən Oktarla görüşdürülüb.

 

“Mən 9-10 yaşlarımda olanda valideynlərimiz Adnan Oktarla ünsiyyət qurmuşdular. 13 yaşımda olanda gecə saat 3-də anama zəng edirdilər. Anam məni yuxudan qaldıraraq makiyaj edir və onların studiyasının olduğu yerə aparırdı. Anam mənə “az danışacaqsan” deyərək xəbərdarlıqedirdi. Anam “Adnan Oktar nə istəsə, onu edəcəksən” deyirdi”, - o bildirib.

 

Onun sözlərinə görə, Çengelköydə hovuzlu evdə ona hədiyyə alınan dövşanlar və quşlar var idi:

 

“Bu evdə Coşkun Pamir, Damla Pamir, Bülent Sezgin, Erdem Ertüzün, Uğur Şahin, Sibel Yılmaztürk, Gülşah Güçyetmez, Akın Gözükan, Gökalp Barla, Kartal Göktan ve Levent Denizcioğlu və bir çox adam var idi. Onlardan ən kiçiyi mən idim. Digər kişilərin mənə toxunması qadağan idi. Heyvanlarla oynayırdım. O, qulağıma “qulağıma nə istəyirsən söylə, səni istəyirəm” kimi sözlər deyirdi. Mehdi olub-olmadığını, onu istəyib-istəmədiyini söyləməyimi istəyirdi. Yaşım az olduğu üçün dölərim kiçik idi. O, məndən dekolteli paltarlar geyinməyimi istəyirdi. Anamdan “Artıq Serranı mənə verdinmi” deyə soruşmuşdu. Anam da “verdim” söyləmişdi. Anam İsveçrəyə qayıdanda “Qızım Mehdi Adnan Oktar ilə evlənəcək” deyirdi”.

 

Qeyd edək ki, Adnan Oktar və təşkilatı barədə aparılan istintaqda təşkilatın Türkiyə üzrə 100 minə qədər üzvünün olduğunu müəyyən edib.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla