Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ORTAYA ÇIXDI:qızları ələ keçirmək üçün analarını... - ŞOK ETİRAF

Media24.az      18 İyul , 11:43
Adnan Oktarın daha bir DƏHŞƏTLİ ƏMƏLİ ORTAYA ÇIXDI:qızları ələ keçirmək üçün analarını... - ŞOK ETİRAF

Türkiyədə özünü din xadimi kimi təqdim edən və cinayətkar təşkilata başçılıq etdiyi üçün həbs edilən Adnan Oktar və adamları ilə bağlı hər gün yeni və dəhşətli məlumatlar ortaya çıxır.

 

Media24.Az Publika.az-a istinadən xəbər verir ki, Adnan Oktar və təşkilatın üzvləri ilə bağlı aparılan araşdırma çərçivəsində saxlanılan 193 şübhəlinin (108-i qadındır) ifadələri alınmağa başlanılıb.

 

Adnan Oktar və bəzi digər şübhəlilərin bu gün məhkəməyə göndərilməsi gözlənilir.

 

Şübhəlilərdən olan E.E.-nin isə yaşadıqları ilə bağlı danışdıqları şok effekti yaradır. Onun sözlərinə görə, təşkilatın kişi üzvləri gənc qızların beyinlərini yumaq üçün onlarla qonşu olur, ailələri ilə yaxın təmas qururdular.

 

“O zaman mənə yaxınlaşan kişilərdən biri yaşadığım binada bir mənzili kirayəyə götürərək mənə qonşu olmuşdu. Üç il ərzində sanki məni mühasirəyə aldılar. Zamanla təşkilata qatıldım”, - şübhəli bildirib.

 

Onun sözlərinə görə, təşkilatın üzvləri hədəfə aldıqları qızları yaxından təqib edir, hətta onların tətildə qaldığı istirahət mərkəzləri və otellərdə nömrələr tuturdular.

 

“Təşkilatın bəzi üzvləri hədəfə aldıqları qızları ələ keçirmək üçün ilk olaraq onların anaları və qardaşları başda olmaqla, yaxın qohumları ilə tanış olur və beləliklə, qızlara addım-addım yaxınlaşırdılar. Bəzən qızları təşkilata cəlb etmək üçün 4-5 ildən çox çalışırdılar. Ətrafı tamamilə təşkilatın üzvləri ilə mühasirəyə alındığı üçün beyinlərinin yuyulmasından xəbərsiz olurdular”, -şübhəli polisə ifadəsində söyləyib.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla