Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Kirayə avtomobillərə tələbat artıb - QİYMƏTLƏR - VİDEO

Media24.az      17 İyul , 00:04
Kirayə avtomobillərə tələbat artıb - QİYMƏTLƏR - VİDEO

Yay mövsümü və ölkəyə günü -gündən artan turist axını kirayə avtomobillərə tələbatı xeyli artırıb.

Media24.Az-ın məlumatına görə, şəhərdaxili 1 günlük avtomobil kirayəsi minimum 50 manata başa gəlir. Avtomobil kirayəsi ilə məşğul olan Ümid Bədirovun sözlərinə görə, şəhərdaxili ən çox ekonom sinifinə aid olan avtomobillərə tələb var.

Şəhərdən kənara, xüsusən də dağlıq zonalara gedənlər daha çox "Niva"ları kirayələyirlər.

Lüks sinfinə aid olan "offroder" tipli avtomobilləri kirayə götürənlərin də sayı kifayət qədərdir. Bu avtomobillərin 1 günlük kirayəsi 150-300 manatdır.

Avomobil icarayə verən şirkətlərin bəziləri icarə müddəti başa çatana qədər 100-200 manat məbləğində depozit də alırlar. Əgər avtomobil geri qaytarılarkən hər hansı bir problem aşkarlanmırsa, depozit tam şəkildə müştəriyə qaytarılır.

Bundan başqa, icarəyə verilən avtomobillərin bəziləri "full-paket" kasko sığortalı olur. Bu isə o deməkdir ki, hər hansı bir qəza zamanı avtomobilə və içərisində olan müştərilərə dəyən ziyan sığorta şirkəti tərəfindən ödənilir.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla