Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

4 uşaq anası olan 23 yaşlı qadın itkin düşdü - Goranboyda

Media24.az      16 İyul , 11:38
4 uşaq anası olan 23 yaşlı qadın itkin düşdü - Goranboyda

Goranboy rayonunda 23 yaşlı qadın itkin düşüb.

 

Media24.Az report-a istinadən xəbər verir ki, 1995-ci il təvəllüdlü Elvira İmran qızı Əzizova 5 gün öncə günorta saatlarında, rayonun Tatarlı kəndində yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb. 

 

E.Əzizovanın nənəsi Savad Məmmədovanın dediyinə görə, 4 uşaq anası olan nəvəsinin heç bir təhsili yoxdur və onu himayəsində böyüdüb. 

 

Nənəsi əlavə edib ki, E.Əzizovanın ailəsində problemi olmayıb: "Bütün qohum-tanışlarından maraqlanmışıq, heç kim onu görməyib. Övladları olan 4 və 5 yaşlı həmçinin 8 aylıq olan əkiz oğlanları analarının yolunu gözləyirlər. Hətta analarının getdiyi gündən bəri normal yemək də yemirlər. Xahiş edirəm nəvəmi görənlər bizə kömək etsin".

 

E.Əzizovanı görənlərdən, 055-990-12-79, 050-965-05-65, 050-364-18-69, 070-745-42-91, 051-501-51-61, 022-24-46-2-47, 022-24-46-3-20 nömrələrinə zəng vurmaları xahiş edilir.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla