Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Gəncə hadisələri kimi təxribatlarla Azərbaycanı yolundan döndərə bilməzlər"

Media24.az      15 İyul , 19:52

Gəncədə baş verən hadisələr bəzi qüvvələrin Azərbaycanda sabitliyi pozmaq cəhdidir.

 

Media24.Az bildirir ki, bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Kərimli deyib.

 

Onun sözlərinə görə, bu hadisələr Azərbaycanın inkişafını qəbul edə bilməyənlərin təxribatıdır:

 

"Biz bu hadisələri həmişə pisləyirik. Biz həmişə dövlətimizin yanındayıq. Bütün dünya azərbaycanlılarının bir dövləti var. Həmin dövlətin atributunu daşıyan polisinə qarşı terror aktı törətməyə heç bir halda bəraət qazandırıla bilməz. Bu məsələ ciddi şəkildə qınanılmalıdır. Hamı başa düşməlidir ki, Azərbaycan xalqının, Azərbaycan dövlətinin ən böyük nailiyyəti sabitlikdir. Bu sabitliyi pozmaq istəyən qüvvələr var. Bu, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı keçirilən silsilə tədbirlər və möhtəşəm paradı qəbul edə bilməyənlərdir".

 

Millət vəkili vurğulayıb ki, hərbi parad düşmənlərin və Azərbaycanı istəməyən qüvvələrin gözünə ox kimi batdı: "Azərbaycanın işğal altındakı torpaqlarını azad etməyə hazır olmasını bəzi qüvvələr qəbul edə bilmirlər. Ona görə də on illərlə xaricdə hazırlanan radikal şəxslərdən istifadə etməyə qərar veriblər. Bu hadisələrin əslində dinlə heç bir əlaqəsi yoxdur. Onlar din pərdəsindən istifadə etməklə Azərbaycanda sabitliyi pozmağa nail olmaq istəyirlər".

 

T.Kərimli bu məsələdə Azərbaycan vətəndaşlarını ayıq-sayıq olmağa çağırıb: "Gəncə bizim qədim şəhərimizdir. Mən Gəncə sakinlərinə müraciət edirəm. Heç kəs onların dini inancına toxunmaq istəmir. Sadəcə bu prosesdən sui-istifadə edib aranı qarışdırmaq istəyənlər var. Onlar bilməlidirlər ki, Azərbaycan dövlətinin inkişafını həzm edə bilməyən, Azərbaycan dövlətinə düşmən münasibətində olanlar var. Onlar Azərbaycan dövlətini zəiflətmək istəyirlər. Dövləti parçalamaq, Qarabağ məsələsinin həllini ləngitməyə cəhd edənlər var. Ona görə də bu hadisə ciddi şəkildə qınanılmalıdır. Azərbaycan polisinə qarşı təxribat törədənlərə heç bir halda haqq qazandırıla bilməz. Bu, polisə və icra başçısına deyil, Azərbaycan dövlətinə yönələn və xaricdən idarə olunan təxribatdır".

 

İyulun 13-də Prezident İlham Əliyevin yanında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasa da toxunan T.Kərimli vurğulayıb: "İclasa da qeyd olunduğu kimi, Gəncə şəhərindəki qanlı cinayətlər Azərbaycan dövlətçiliyinə qarşı törədilib, məqsəd ölkədə sabitliyi pozmaq olub. Lakin bu təxribatda əli olanların hamısı öz layiqli cəzasını alacaq. Gəncə hadisələri kimi təxribatlarla Azərbaycanı yolundan döndərə bilməzlər".

 

Qeyd edək ki, iyulun 10-da, saat 20 radələrində 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxs Gəncə şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd göstəriblər. Xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarının xəbərdarlığına məhəl qoymayan qanuna zidd hərəkətlərin iştirakçıları özləri ilə gətirdikləri küt və kəsici-deşici alətlərlə asayiş keçşikçilərinə müqavimət göstəriblər. Polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlərlə onların hüquqazidd əməllərinin qarşısı alınmaqla 40 nəfəri tutularaq Gəncə Şəhər Baş Polis İdarəsinə gətirilib, qalanları qaçaraq ərazini tərk ediblər. Görülmüş operativ tədbirlərlə təxminən 30 dəqiqə ərzində şəhərin mərkəzində asayiş tam bərpa edilib.

 

Qanunsuz hərəkətlərin qarşısı alınarkən xidməti vəzifələrini yerinə yetirən iki polis zabiti - Gəncə Şəhər Baş Polis İdarəsinin rəis müavini, polis polkovniki İlqar Balakişiyev və Nizami Rayon Polis İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Səməd Abbasov radikal ünsürlərin kəsici-deşici alətlərlə yetirdikləri zərbələr nəticəsində şəhid olublar.

 

Cinayətin bütün iştirakçılarının və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla