Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Paşinyan sələflərini məhv edir: Sərkisyana daha bir zərbə...

Media24.az      14 İyul , 10:09

Ermənistanın Respublikaçılar Partiyasını daha bir deputat tərk edib.

 

Media24.Az xəbər verir ki, bu barədə məlumatı “Aykakan Jamanak” qəzeti yayıb. Qəzet partiyanı tərk edən deputatın Naapet Gevorkyan olduğunu bildirib. Onun bu addımı atmağının səbəbi hələlik açıqlanmayıb.

 

Qeyd edək ki, Gevorkyan bundan öncə faktiki olaraq Respublikaçılar Partiyasına dəstəyini dayandırmış ona səs verməkdən imtina etmişdi. Gevorkyanla yanaşı Taçat Vardapetyan (biznesmen), Manvel Qriqoryan (ehtiyatda olan general), Sedrak Saroyan (ehtiyatda olan general), Arsen Mixaylov (rus icmasının nümayəndəsi), Knyaz Həsənov (kürd icmasının nümayəndəsi), Miqran Poqosyan (iş adamı, ehtiyatda olan ədliyyə generalı), Akop Bəyləryan (iş adamı), Araik Qriqoryan (iş adamı), Naapet Gevorkyan (iş adamı), Arkadi Ambartsumyan (iş adamı), Aşot Arsenyan (iş adamı) və Akop Akopyan da (iş adamı) bu yolu tutmuşdular.

 

Gevorkyanı partiyanı tərk etməsiylə Sərkisyanın yanından ayrılan deputatların sayı rəsmən 8-ə çatıb. Bundan öncə partiyanı Aşot Arsenyan, Arman Saakyan, Artur Gevorkyan, Samvel Aleksanyan, Artak Sərkisyan, Feliks Çolakyan və Şirak Torosyan tərk edib, Manvel Qriqoryan isə həbs edilib. Nəticədə partiyanın parlamentdəki dəstəkçilərinin sayı rəsmi olaraq 58-dən 49-a düşüb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla