Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

O saytlar xarici ölkələrin marağındadır - Umud Rəhimoğlu

Media24.az      13 İyul , 21:47
O saytlar xarici ölkələrin marağındadır - Umud Rəhimoğlu

"Son vaxtlar ölkədə baş verən hadisələr fonunda milli-dini və etnik ayrıseçkilik yaratamaq istəyən saytların ictimai rəyə böyük təsirinin olduğunu düşünmürəm. Çünki Azərbaycan xalqı, ictimaiyyət ölkədə baş verən reallıqları öz gözləri ilə görür".

 

Bu sözləri publika.az-a açıqlamasında Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri, Mətbuat Şurasının sədr müavini Umud Rəhimoğlu deyib.

 

Onun sözlərinə görə, Azərbaycam ictimaiyyəti ölkəmizdə gedən demokratikləşmə prosesinin, Azərbaycan iqtisadiyyatının inkişafının, 100 illiyini qeyd etdiyimiz dövlətin öz ayaqları üzərində möhkəm dayanmasınının fərqindədir:

 

“Bu cür media qurumları ancaq könül bulandırmaqla məşğuldurlar. Azərbaycanın inkişafına isti yanaşmayan, onu gözü götürməyən qüvvələr, düşmənlərin olması bəllidir. Bu cür saytlar həmin ölkələrin marağındadır”.

 

U.Rəhimoğlu bu cür saytların fərqində olmaqla yanaşı, onlarla bağlı böyük narahatlıq keçirməyə ehtiyac olmadığını deyib:

 

“Azərbaycanın inkişaf etməkdə olan media qurumları var. Son hadisələr zamanı bu media qurumları Azərbaycan oxucularını vaxtlı-vaxtında, doğru-dürüst məlumatlandırdı. İnsanlarımız yad çağırışlara əhəmiyyət vermədi. Bunun özü müsbət göstəricidir. Buna görə də hesab edirəm ki, milli-etnik ayrıseçkilik yaradan saytlarla mübarizəyə böyük bir enerj sərf etməməliyik. Əvəzində Azərbaycanın onlayn mediası inkişaf etdirilməlidir. Gənclərimiz bu sahədə fəallıqlarını daha da artırmalıdırlar. Bu deyilənlər öz həllini tapsa, həmin saytların yeri görünməz olacaq. Hesab edirəm ki, həmin saytlaralala bağlı problem ancaq bu cür həll edə bilərik. Bu gün ölkəmizdə kifayət qədər intellektual gənclik yetişməkdədir. Bu gənclər xalqımıza bağlıdır, onlar sosial şəbəkələr, yeni median imkanlarından istifadə etmək istiqamətində vərdişlərə yiyələnməlidirlər. Jurnalistika da yeni mediaya daha çox maraq göstərməlidir. Dövlətimiz son illər çap mediasına böyük dəstək göstərir. Ənənəvi media bu dəstək vasitəsilə kifayət qədər problemlərini həll etdi. Fikrimcə, dövlətimiz onlayn mediaya da bu cür dəstək göstərməlidir. Bu cür dəstəklə problemlərimiz daha çox həllini tapacaq”.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla