Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Ərinin yanında diri-diri basdırıblar - FOTO

Media24.az      13 İyul , 15:19

Ukraynanın Ternopol vilayətindəki Petrikov kəndinin yaxınlığında bürünc dövrünə aid məzar tapılıb. Məzarda qadın və kişi dəfn olunub.

 

Media24.Az Milli.Az-a  istinadən bildirir ki, mütəxəssislərin fikrincə, 3 min il yaşı olan məzarda qadın diri-diri basdırılıb. Qədim inanclara görə, həmin qadın əbədiyyətə son yolda ərinin yanında olmalı idi.

 

Məzarda skeletlərin vəziyyəti çox maraqlıdır. Ərinin yanına uzanmış qadın ərini qucaqlayıb və üzünü onun üzünə tərəf çevirib.

 

Alimlər hesab edirlər ki, qadın zəhər içəndən sonra məzara düşərək ərini qucaqlayıb.

 

Ərlə arvad bürünc zinət əşyaları ilə bəzənmişdilər. Məzarda boşqab, kiçik küp və üç çömçə də vardı.

 

Ukraynalı arxeoloqlar İsidor Şaraneviç və Mixail Qruşevskinin dediklərinə görə, bu məzar Lvov vilayətinin Brodı şəhərinin yaxınlığındakı Vısotskoe kəndinin yaxınlığındakı məzarlığın təkrarıdır.

 

"Öləndən sonra cəsədləri bu formada basdırmaq mümkün deyil. Qadın könüllü olaraq həyatla vidalaşıb. Əri öləndən sonra qadın yaşamaq istəməyib. Bu qərar intihar və ya qorxaqlıq aktı deyildi. Hesab edirik ki, qadın o dünyada da ərinin yanında olmaq istəyib və bu, sevgidən qaynaqlanır", - İ.Şaraneviç deyib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla