Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Prezident Gəncə hadisələrindən danışdı: "Allah şəhidlərimizə rəhmət eləsin"

Media24.az      13 İyul , 14:31

"Gəncədə törədilən qanlı cinayətlər dövlətçiliyimizə qarşı törədilən cinayətlərdir. Bu terror aktları nəticəsində iki polis əməkdaşı həlak olub. Yaralanan vətəndaşlarımız da var. Onların arasında Gəncə şəhərinin icra hakimiyyətinin başçısı da var. Allah şəhidlərimizə rəhmət eləsin, yaralananlara Allahdan şəfa diləyirik".

 

"Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə keçirilən iclasda deyib.

 

Dövlət başçısı qeyd edib ki, bu cinayəti törədən terrorçu qruplaşma sabitliyi pozmaq istəyir: "Bu cinayətlərin əsas məqsədi bundan ibarətdir. Cəmiyyətdə gərginlik yaratmaq və cəmiyyətimizi qorxutmaq məqsədi ilə bu qanlı terror aktları törətmək.

 

Bu terror aktları dini şuarlar altında törədilib. Bu, özlüyündə İslam dininə qarşı ən böyük cinayətdir. Çünki İslam sülh və mərhəmət dinidir.

 

Azərbaycan dövləti və xalqı öz milli, dini dəyərlərini daim qoruyur. Azərbaycan İslam mədəniyyətini dünyada ən çox təbliğ edən ölkələrdən biridir".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla