Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

General dünən Ceyhunu ölümdən xilas etdi - Direktor

Media24.az      13 İyul , 14:30

Ağsu rayonunun Bico kəndi yaxınlığındakı biçilmiş taxıl sahəsi və kol-kos olan ərazidə baş vermiş yanğının qarşısını alarkən Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşı həyatını itirmək təhlükəsi ilə üz-üzə qalıb.

 

Media24.Az xəbər verir ki, bunu Bizimyol.info-ya hadisənin şahidi olan Bico kənd orta məktəbinin direktoru Yaşar Qarayev bildirib.

 

“Dünən saat 14:30 radələrində Ağsu rayonunun Bico kəndində yanğın başladı. Hadisə yerinə Fövqəladə Hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlmişdi. Onu yanğın baş verən əraziyə “Niva” markalı avtomobilimlə aparırdım. Bir sahəni söndürdükdən sonra növbəti sahəyə gedirdik. Tüstüdən, toz-torpaqdan ətrafı görmək çətin idi”,- deyə Y.Qarayev bildirib.

 

Direktor deyib ki, onlar avtomobillə hərəkət edərkən bir şəxsi yerdə uzanmış halda görüb dərhal maşını saxlayıblar:

 

“Öncə elə bildik o şəxs həyatını itirib. Fövqəladə hallar nazirinin müavini dərhal ona ilkin tibbi yardım göstərdi. Sonra bildik ki Etibar Mirzəyevin ölümdən xilas etdiyi şəxs Ağsu rayon Dövlət Yanğından Mühafizə Hissəsinin Ceyhun adlı əməkdaşıdır”.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla