Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Məşhur istirahət mərkəzlərinin rəhbərləri cəzalandırıldı – RƏSMİ

Media24.az      13 İyul , 14:13

Xaçmazda ətraf mühiti çirkləndirən istirahət mərkəzlərinin rəhbərləri barəsində protokol tərtib olunub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən Media24.Az-a məlumat verilib

 

Bildirilib ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə gördüyü tədbirlərin nəticəsi olaraq Xaçmaz rayonunun Şimali kəndi ərazisində sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl etmədiklərinə görə "Əlincə” istirahət mərkəzinin icarədarı V.Heydərov və "Sanset” istirahət mərkəzinin icarədarı R.Hüseynov barəsində İnzibati Xətalar Məcəlləsinin 271-ci maddəsi ilə, su obyektlərinin çirklənməsi və zibillənməsinə görə isə "Bulaq” istirahət mərkəzinin müdiri M.Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 264-cü maddəsi ilə protokollar tərtib edilib

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla