Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Qonşu üçün kredit götürən şəxs indi borc içindədir - VİDEO

Media24.az      12 İyul , 22:33

Qonşusunun aldığı maşına görə öz adına kredit götürən şəxs indi borc içində qalıb. Buna səbəb avtomobilin real sahibinin krediti ödəməməsi və qəzaya uğrayan həmin avtomobilin bank tərəfindən satılmasıdır. İndi yaxşılıq etmək istəyən şəxsin həm ölkədən çıxışına qadağa qoyulub , həm də o sənədlərini yeniləyə bilmir.

 

Qonşusuna yaxşılıq etmək istədi, özü pis vəziyyətdə qaldı. Media24.Az xəbər verir ki, kredit qurbanlarından biridə Paytaxtın Binəqədi rayonu Biləcəri qəsbəsi sakini Vüsal Hüseynovdur. O,bir neçə il əvvəl qonşunun almaq istədiyi avtomobilə görə az adına kredit götürüb.

 

Maşın qəzaya düşdükdən sonra kreditin götürüldüyü bankın əməkdaşları həmin avtomobili götürərək satıblar. Bununla borcun bir hissəsi bağlansada, banka yenə borc qalıb və üstünə faiz gəlib.

 

Elə bizdə avtomobilin real sahibi, hazırda Sabirabad rayonunda yaşadığı bildirilən Fazil Məmmədovla əlaqə saxlamaqa çalışsaqda o zənglərə cavab vermədi.

 

Məsələ ilə tanış olan hüquqşunas Asif Abdullayev isə bildirdi ki, bu halda adına kredit götürülən Vüsal Hüseynov , Fazil Məmmədova qarşı məhkəmə iddiası qaldıra və faktiki onun istifadə etdiyi məbləğin banka geri ödənilməsini təmin edə bilər. Bu halda Vüsal Hüseynovun üzərindəki qadağalarda götürüləcək.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla