Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Xəncər və kəsici alətlər olduğunu gözləmirdik" - Gəncədə yaralanan polis - FOTO

Media24.az      12 İyul , 15:22

İyulun 10-da Gəncədə baş verən iğtişaş zamanı xəsarət alan şəhər Baş Polis İdarəsinin post-patrul taborunun qərargah rəisi Samir Bayramov hadisənin təfərrüatlarını danışıb.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, S. Bayramov bildirib ki, hər şey gözlənilmədən baş verib: "Qəflətən kəsici alətlərlə, xəncərlərlə üstümüzə cumdular. Asayişi qorumaq üçün müdaxilə etdik və bu zaman xəsarət aldım".

 

S. Bayramov qeyd edib ki, Gəncə polisinin rəhbər şəxsləri ilk növbədə hücuma məruz qalıblar: "İğtişaş zamanı bir neçə istiqamətdən kütlə gəlməyə başladı. Gözləməzdik ki, bu şəxslərin üstündən xəncər və digər kəsici alətlər çıxar. Ərazidə dinc əhali, körpə uşaqlar da var idi. Mən özümü müdafiə edərkən sağ ayağımın bud nahiyəsindən zərbə aldım. Xəncər əslində bədənimə doğru istiqamətlənmişdi".

 

S. Bayramov ictimai asayişi qorumağın daxili işlər orqanlarının hər bir əməkdaşının vəzifə borcu olduğunu söyləyib: "Ali Baş Komandanın əmri olarsa, biz torpaqlarımızın müdafiəsinə də hazırıq".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla