Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Bakıda avtobus qəzasında xəsarət alan 10 nəfər xəstəxanalardadır" - Nazirlik

Media24.az      12 İyul , 10:08

Bu gün səhər saatlarında Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda baş verən ağır avtobus qəzası nəticəsində 1 nəfər ölüb, 13 nəfər xəsarət alıb.

 

Media24.Az xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov məlumat verib.

 

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər 1 saylı Respublika Klinik Xəstəxanasına, 2 nəfər isə Ələt qəsəbəsində yerləşən poliklinikaya yerləşdirilib.

 

Hadisə yerində 3 nəfərə tibbi yardım göstərildikdən sonra evə buraxılıb.

 

P.Əbubəkirov bildirib ki, təcili yardım briqadası hadisə yerinə gələnə qədər sərnişinlərdən olan 1 nəfər qadın dünyasını dəyişib.

 

Qeyd edək ki, bu gün səhər saatlarında Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.

 

"90-OJ-802" DQN yük maşını "10-TF-383" DQN sərnişin avtobusuna çırpılıb. İlkin məlumata əsasən, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə sərnişin avtobusu bir neçə dəfə aşıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla