Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bakıda avtobus “Kamaz”la toqquşdu: Ölən və yaralananlar var - FOTO+YENİLƏNDİ

Media24.az      12 İyul , 12:59

Bakıda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanıb.

 

Bunu Media24.Az-a açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Rüfət Quliyev deyib.

 

Şöbə rəisi bildirib ki, baş vermiş hadisə ilə bağlı Baş İstintaq və Təhqiqat İdarəsinin İstintaq və Təhqiqat Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılıb.

 

Rüfət Quliyev qeyd edib ki, qəza nəticəsində 1 nəfər ölüb, xəsarət alan 19 nəfər isə müxtəlif dərəcəli xəsarət alıb.

________

Bakı Nəqliyyat Agentliyi Bakıdakı dəhşətli qəza ilə bağlı məlumat yayıb.

 

Media24.Az xəbər verir ki, 90-OJ-802 DQN yük maşını 10-TF-383 DQN sərnişin avtobusuna çırpılıb.

 

İlkin məlumata görə, hadisə yük maşınının sürücüsünün sükan arxasında yuxuya getməsi səbəbindən baş verib. Belə ki, yük maşını hərəkətdə olan avtobusa gəldiyi sürətlə çırpılıb, nəticədə, sərnişin avtobusu bir neçə dəfə aşıb.

 

Hazırda Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerindədir. Qəza nəticəsində 1 nəfər ölüb, 10-dan artıq şəxs müxtəlif dərəcəli xəsarət alıb. Xəsarət alanların vəziyyətini öyrənmək üçün BNA əməkdaşları hazırda yaralıların olduğu xəstəxanalardadır.

_______

Bakıda dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

 

Media24.Az xəbər verir ki, oxu.az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumatına görə, Bakı-Ələt magistral yolunda baş verən qəza zamanı “90-OJ-802” dövlət nömrə nişanlı “Kamaz” 149 saylı sərnişin avtobusu ilə toqquşub.

 

Hadisə nəticəsində avtobus yolda bir neçə dəfə dövr edərək aşıb.

 

Qəza zamanı 1 nəfər hadisə yerində dünyasını dəyişib, 15 nəfər isə ağır xəsarət alıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla