Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Yasamal qəbiristanlığında yanğın: qəbirlər yandı

Media24.az      24 İyun , 17:55
Yasamal qəbiristanlığında yanğın: <font color=red>qəbirlər yandı</font>

Bakının ən böyük qəbiristanlığı hesab edilən Yasamal qəbiristanlığında yanğın baş verib.

 

Media24.Az teleqraf.com-a istinadən bildirir ki, yanğın qəbiristanlığın kimsəsiz xristian qəbirlərinin olduğu hissədə baş verib. Yanğın quru otlaq sahədən başlayıb və alov 500 kvadratmetr ərazini əhatə edib.

 

Yanğın nəticəsində yaxınlıqdakı qəbirlərə də ziyan dəyib.

 

Alovun digər ərazilərə keçməsinin qarşısı alınıb.

 

Bu ərazilərdə yanğınların tez-tez baş verdiyi bildirilir. Buna səbəb isə ərazinin baxımsız, bərbad vəziyyətdə olmasıdır. Xəbərdaredici nişanlar qoyulsa da məzarlığı ziyarətə gələnlər buna əhəmiyyət vermir və siqaret kötüklərini yerə atırlar və bu da yanğınla nəticələnir.

 

Məzarlığın əksər hissəsində yanğın təhlükəsi hələ də qalmaqdadır. Vaxtında tədbirlər görülməzsə daha acı nəticələr yaşana bilər.

 

Qeyd edək ki, Yasamal qəbiristanlığı əsas üç hissədən ibarətdir. Burada müsəlman, yəhudi və xristian məzarlığı var.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla