Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Şəkidən Zaqatalaya gəzintiyə gedən məktəbli yıxıldı - vəziyyəti ağırdır

Media24.az      24 İyun , 17:37
Şəkidən Zaqatalaya gəzintiyə gedən məktəbli yıxıldı - <font color=red>vəziyyəti ağırdır</font>

Şəkidən Zaqatalaya gəzintiyə gedən məktəblilərdən biri yüksək dağlıq-meşəlik ərazidə dərəyə yıxılaraq ağır xəsarət alıb.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, bu gün saat 12.00 radələrində Şəki rayonu Böyük Dəhnə kənd sakini olan 2005-ci il təvəllüdlü Siyafət Mənsur oğlu Məmmədov travmatik-şok vəziyyətdə Zaqatala Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

 

MRX-dan bildirilib ki, 13 yaşlı S. Məmmədova ağır qapalı kəllə-beyin travması və boyun fəqərəsinin sınığı diaqnozu qoyulub, vəziyyəti ağır qiymətləndirilir.  S. Məmmədovun müayinəsi üçün Bakı şəhərindən həkim briqadası çağırıldığı bildirilir.

 

Şəki rayonu Böyük Dəhnə 1 saylı tam orta məktəbin 7-ci sinfini bitirən Siyafət Məmmədov özündən başqa 13-14 nəfər sinif yoldaşı, sinif rəhbəri və  həmin məktəbin başqa bir müəllimi ilə birlikdə  xırda tutumlu sərnişin avtobusu ilə bu gün səhər saatlarında Zaqatala rayonunun yüksək dağlıq kəndi olan Cara gəzintiyə  gəliblər. Yüksək dağlıq ərazidə gəzinti zamanı Siyafət Məmmədov dərədən axan çaya düşmək istəyən zaman özünü nizamlaya bilməyərək yıxılaraq diyirlənməyə başlayıb və başı bərk maneəyə dəyərək ağır xəsarət alıb.

 

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla