Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

"Hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib" - Ərdoğan

Media24.az      24 İyun , 15:27

Türkiyənin hazırkı prezidenti Rəcəb Tayyib Ərdoğan bazar günü ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkilərində səs verib.

 

Media24.Az "Report"a istinadən bildirir ki, Türkiyə prezidenti səsverməyə İstanbulun Üsküdar rayonunda yerləşən məktəblərdən birindəki seçki məntəqəsində qatılıb.

 

Onunla yanaşı həyat yoldaşı Əminə Ərdoğan və kürəkəni - Türkiyənin energetika və təbii sərvətlər naziri Berat Albayrak da səs verib.

 

Ərdoğan səsvermə zamanı bildirib ki, Türkiyə bazar günü ölkədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri sayəsində demokratik inqilab edir:

 

"Bu seçkilər əhəmiyyətli bir xüsusiyyətə malikdir. Türkiyə onların sayəsində əməli olaraq demokratik bir inqilab edir".

 

Dövlət başçısı həmçinin bildirib ki, seçicilərin seçkilərdə iştirak səviyyəsi yaxşıdır. Onun sözlərinə görə, "hazırda seçicilərin 50 faizdən çoxu artıq səs verib".

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla