Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Sevgilisini xəyanət etdiyi üçün bıçaqladı, sonra yastıqla boğdu, özü isə... - FiLM KİMİ CİNAYƏT

Media24.az      23 İyun , 13:18
Sevgilisini xəyanət etdiyi üçün bıçaqladı, sonra yastıqla boğdu, özü isə... -<font color=red> FiLM KİMİ CİNAYƏT</font>

Universitet tələbəsi sevgilisini dəfələrlə bıçaqlayıb, ölmədiyini görəndə yastıqla boğub.

 

Media24.Az xəbər verir ki, hadisə Türkiyənin Burdur vilayətində baş verib.

 

Məlumata görə, birinci kurs tələbəsi Furkan Kaya 17 yaşlı sevgilisi Aytən Kəkliyi öldürmək məqsədilə evinə çağırıb. Daha sonra bir həftə əvvəldən planladığı şəkildə qızı sinəsindən dəfələrlə bıçaqlayıb. Nəfəs aldığını görəndə isə yastıqla boğaraq öldürüb.

 

Hadisə ilə bağlı həmin binada yaşayan tələbələr polisə məlumat verib.

 

F.Kaya isə boynunu və biləklərini kəsərək intihara cəhd edib. Bir müddət xəstəxanada müalicə alandan sonra ifadə verib. Hakimi uşağa qarşı əvvəldən planlaşdırılmış şəkildə canavarcasına və əziyyət çəkdirərək öldürmə maddəsi ilə ağırlaşdırılmış cəza veriləcəyini açıqlayıb.

 

O, məhkəmənin hökmü ilə ömürlük həbs cəzasına məhkum edilib.

 

Məhkəmədə ifadə verən F.Kaya cinayəti əvvəldən planlaşdırdığını etiraf edib. O, sevgilisinin onu aldatdığı üçün belə bir addım atdığını deyib.

 

F.Kaya ifadəsində bildirib ki, sevgilisini bir həftə əvvəl yanına çağırarkən başına belə bir hadisənin gələcəyini bilirdi: “Aytənə bir həftə əvvəl gəlməsini deyəndə “Bura niyə gələcəyini bilirsən?” –deyə, soruşdum. O da “Bilirəm, ölümə gəlirəm”-deyə, cavab verdi. Mən də ona yeni həyatında xoşbəxtdirsə, gəlməsinə ehtiyac olmadığını dedim. Ancaq o gələcəyini bildiridi. Aytəni öldürməyə bir həftə əvvəl qərar vermişdim. Çünki mənə xəyanət etmişdi”.

 

Məlumata görə, F.Kaya cinayəti törətdiyi gün sevgilisi ilə öz istəyi ilə cinsi əlaqədə olub. Sonra evdən çıxıb içki içiblər, çərəz alıb evə qayıdıblar.

 

“İçki içdik, gecə saat 01 radələrində əvvəldən planlaşdırdığım kimi mətbəxdəki bıçağı götürdüm, sinəsinə dəfələrlə vurdum. Sonra da bıçaq qırılanda ikinci bıçağı götürüb yenidən bıçaqladım. Nəfəs aldığını görəndə yastıqla boğdum. Sonra hamamda vannanı su ilə doldurub qolumu kəsərək içinə girdim. Dərman içdim. Sonra da həyətdə özümü asmaq istədim. Lakin bacarmadım. Sonra da dostuma zəng edib hadisəni danışdım”-deyə, cinayət gecəsi yaşananları nəql edib.

 

Publika.az

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla