Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Bakıda yaşayış binasında YANĞIN: 7 nəfər xilas edildi, 25 nəfər təxliyə olundu - YENİLƏNDİ

Media24.az      23 İyun , 12:45
Bakıda yaşayış binasında YANĞIN: 7 nəfər xilas edildi, 25 nəfər təxliyə olundu - <font color=red>YENİLƏNDİ</font>

Fövqəladə Hallar Nazirliyi Bakıda yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.

 

Media24.Az nazirliyin saytına istinadən xəbər verir ki, Bakı şəhəri Yasamal rayonunda çoxrmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 200 kv.metr olan mağazada elektrik lövhəsi və şaxtasından keçən kommunikasiya xətləri 63 p.m yanıb.

 

Yanğın zamanı yanğınsöndürənlər və xilasedicilər tərəfindən mənzillərdən 7 nəfər (onlardan 2-si azyaşlıdır) xilas edilib, 25 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub.

 

Mənzillər yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

________

Bakıda yaşayış binasında baş verən yanğın söndürülüb.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən Media24.Az-a  bildirilib. Hazırda yanğının başvermə səbəbləri araşdırılır.

 

Ətraflı məlumat veriləcək.

 

***

 

Bakıda yaşayış binasında yanğın başlayıb.

 

Hadisə Yasamal rayonu, “Elmlər Akademiyası” metrosunun yaxınlığında, Hüseyn Cavid prospekti 81 ünvanında, “Mothercare” mağazasının yerləşdiyi binada qeydə alınıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 apa

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla