Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Gəncədə uşaq bağçasında iki nəfər işdən çıxarıldı, müdir töhmət aldı - Körpənin üzü yandığına görə

Media24.az      23 İyun , 12:05
Gəncədə uşaq bağçasında iki nəfər işdən çıxarıldı, müdir töhmət aldı - <font color=red>Körpənin üzü yandığına görə</font>

Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, bağça müdirinə töhmət verilib.

 

Media24.Az-ın məlumatına görə bu barədə "Report"a Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər.  

 

Məlumata görə, bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə yol verdikləri səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən çıxarılıblar.

 

Bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.

 

Məlumata görə, baxçanın böyük tibb bacısı uşağa ilk yardım göstərərək dərhal zədələmiş yerə perekslə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin yarası yüngül olduğu üçün evə buraxılıb.

 

Qeyd edək ki, sosial şəbəkədə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında Mustafazadə Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi uşağın üzünə dağ basılması iddiasını təkzib edərək uşağın üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini vurğulayıb.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla