Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

8 yaşlı uşağın üzərinə şkaf aşdı

Media24.az      18 İyun , 11:54
8 yaşlı uşağın üzərinə şkaf aşdı

Ötən gün Şamaxı rayonunda uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb.

 

Media24.Az Report-a istinadən xəbər verir ki, şəhərin Rəsulzadə küçəsi, 22 ünvanında yaşayan 2010-cu il təvəllüdlü yerli sakin Babayev Elşən Mətləb oğlunun üzərinə içərisi qab-qacağla dolu şkaf aşıb.

 

O, ailəsi tərəfindən ağır vəziyyətdə Şamaxı Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Cərrahiyyə şöbəsindən verilən məlumata görə, E.Babayev xəstəxanaya ağır-kəllə beyin travması, sağ qulaq nahiyəsinin cırılmış yarası ilə daxil olub. Uşağa ilkin tibbi yardım göstərilib və hazırda vəziyəti orta-ağır qiymətləndirilir.

 

E.Babayevin valideynlərinin sözlərinə görə, hadisə uşaq şkafın yuxarı hissəsində özünə aid daxılı götürərkən baş verib. Səsə gələn valideynlər onu şkafın altından çıxarıblar.

 

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla