Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Azərbaycan Ordusunun yeni avtomatı – FOTO

Media24.az      16 İyun , 16:40
Azərbaycan Ordusunun yeni avtomatı – <font color=red>FOTO</font>

Azərbaycan Ordusu yeni avtomat modelini silahlanmaya qəbul edib.

 

Media24.Az-ın “AzeriDefence” saytına istinadən verdiyi xəbərə görə, Quru Qoşunları İsrail istehsalı TAR-21 “Tavor” avtomatından sonra atıcı silahlarının sırasına daha birini daxil edib.

 

Yeni avtomat iyun ayının 11-də Raket-Artilleriya Qoşunlarının hərbi hissəsinin açılışı zamanı Prezident İlham Əliyevə təqdim olunub.

 

AR-15 “Aztex” adlı avtomat dizayn və iş prinsipinə görə Amerikanın məşhur AR-15 hücum tüfənginin xəttinə əsaslanır. Avtomat Azərbaycan istehsalıdır və sovet 7.62×39 mm kalibrli patronlardan istifadə edir. Effektiv atış məsafəsi 1000 metrdək göstərilir.

 

Adıçəkilən avtomatın növbəti partiyalarının da orduya verilməsi gözlənilir.

 

AR-15 “Aztex” avtomatı uzunluğu tənzimlənən teleskopik qundaqla və 3 hissədə (lülə qutusunun üzəri, sağ və sol tərəfdə) pikkatini tamasaları ilə komplektləşdirilib.

Загрузка...
Ən çox izlənənlər

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla