Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Uşaqları döyən tərbiyəçi ilə bağlı qərar verildi - HƏBS

Media24.az      14 İyun , 19:24
Uşaqları döyən tərbiyəçi ilə bağlı qərar verildi - HƏBS

Bakıda uşaq zorakılığında təqsirləndirilərək saxlanılan tərbiyəçi barəsində həbs qətimkan tədbiri seçilib.

 

Media24.Az xəbər verir ki, bu barədə APA-ya İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Tural Hüseynov məlumat verib.

 

Onun sözlərinə görə, Füruzə Tağıyeva Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində Yasamal rayon Məhkəməsinin qərarı ilə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
 

Qeyd edək ki, F. Tağıyeva Bakıda fəaliyyət göstərən "Kids Studio Uşaq Mərkəzi"ndə azyaşlılarla kobud davranmaqda və onları döyməkdə günahkar bilinir.
 

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin istintaq şöbəsində Cinayət Məcəlləsinin 133-cü ( əzab vermə) maddəsi ilə cinayət işi başlanıb və F. Tağıyeva şübhəli şəxs qismində saxlanılıb.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla