Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

İstirahət günlərində səyahətə çıxan insanlar üçün HAVA PROQNOZU

Media24.az      14 İyun , 21:45
İstirahət günlərində səyahətə çıxan insanlar üçün HAVA PROQNOZU

İstirahət günlərində səyahətə çıxanlar üçün hava proqnozu açıqlanıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Media24.Az-a verilən məlumata görə, iyunun 15-i gündüz Kiçik Qafqazın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

 

İyunun 16-sı səhər və gündüz əsasən yağmursuz keçəcəyi, axşama doğru isə yağış yağacağı gözlənilir.

 

İyunun 17-si gündüzdən artıq əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısa müddətli daşqın keçəcəyi ehtimalı var. Havanın temperaturu iyunun 15-16-da dağətəyi rayonlarda 25-30 dərəcə, dağlıq rayonlarda isə 15-20 dərəcə isti təşkil edəcək, sonrakı günlərdə temperatur tədricən 3-5 dərəcə aşağı enəcək.

 

Lənkəran-Astarada iyunun 15-16-da əsasən yağmursuz hava, iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Havanın maksimal temperaturu 26-31 dərəcə isti təşkil edəcək.

 

Aran rayonlarında iyunun 15-16-da hava şəraiti əsasən yağmursuz keçəcək, lakin iyunun 17-si gündüzdən 19-u gündüzədək arabir yağış yağacağı, bəzi yerlərdə leysan xarakterli intensiv olacağı ehtimalı var. Havanın maksimal temperaturu 31-36, iyunun 17-19-da 27-30 dərəcə isti təşkil edəcək.

 

Naxçıvan MR-da iyunun 15-17-də arabir yağış, şimşək çaxacağı gözlənilir. Havanın maksimal temperaturu 28-33 dərəcə isti təşkil edəcək.

 

Paytaxtda yaxın iki gündə mülayim cənub küləyi üstünlük təşkil edəcək. İyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın maksimal temperaturu 27-32 dərəcə isti təşkil edəcək.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla