Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Türkiyədə kişi azərbaycanlı arvadını öldürüb intihar etdi - FOTO

Media24.az      14 İyun , 17:10
Türkiyədə kişi azərbaycanlı arvadını öldürüb intihar etdi - FOTO

Türkiyənin İqdır bölgəsində azərbaycanlı qadın qeyri-rəsmi nikahda olduğu kişi tərəfindən öldürülüb.

 

Media24.Az APA-ya istinadən xəbər verir ki, vilayətin Şıracı kəndində 35 yaşlı Taner Parlarla həyat yoldaşı Hicran Hüseynova arasında naməlum səbəbdən mübahisə yaşanıb. Nəticədə Taner Parlar silahı ilə H. Hüseynovanın başından vuraraq öldürüb. Daha sonra böyük qardaşına zəng edərək cinayət törətdiyini etiraf edib və özünə də ürəyindən atəş açaraq intihar edib.

 

Onların meyitləri ekspertiza üçün morqa göndərilib.

 

Qeyd edək ki, onların iki övladı var. Uşaqlar hadisə baş verən zaman evdə yatırmışlar. Cinayəti törətmiş T. Parların rəsmi nikahda olduğu arvadından isə üç uşağı var.

 

Faktla bağlı araşdırma aparılır.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla