Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

“Maşının “kuzasına” minib keçirik” - Dəhşətli sel daha bir kəndin rayonla əlaqəsini kəsdi - VİDEO

Media24.az      14 İyun , 19:49
“Maşının “kuzasına” minib keçirik” - Dəhşətli sel daha bir kəndin rayonla əlaqəsini kəsdi - VİDEO

Qəbələnin Tikanlı və Bum kəndləri ərazisindən keçən "Bum" çayına gələn sel suları Tikanlı kəndini rayon mərkəzi ilə birləşdirən piyada və avtomobil körpüsünü yararsız hala salıb.

 

Media24.Az ARB TV-yə istinadən xəbər verir ki, nəticədə kənd sakinlərinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

 

Rafiq Salehov - Sakin: "20 günə yaxındır ki, bizim kəndimizin yolu bu formadadır. Gedib-gələ bilmirik. Nəsə narahatçılıq olanda, xəstəmiz olanda rayon mərkəzinə getmək bizə çox əziyyət verir".

 

Seyidəli Yusifov - Sakin: "16 metr uzunluğunda dəmirlərdir iki dənə. Ondan körpü olmur. Məcburuq ki, maşının "kuzasına" minək keçək".

 

Hadisə yerinə Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub, 77 nəfər vətəndaşa müvafiq köməklik göstərilib.

 

20 mindən çox əhali yaşadığı bu kəndlərin sakinləri müvəqqəti olaraq çayı keçmək üçün yük avtomobilindən istifadə edirlər.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla