Ana səhifə   |   Astrologiya    |   Reklam
+99470 251-50-20     [email protected]    

Avtomobil sahiblərinin DİQQƏTİNƏ – VİDEO

Media24.az      14 İyun , 21:09
Avtomobil sahiblərinin DİQQƏTİNƏ – VİDEO

ARB TV-nin "Günə doğru” verilişində maşınlardan edilən oğurluqların qarşısının alınması haqda sujet yayımlanıb.

 

Minik avtomobillərindən oğurluq halları sürücülərin ən çox üzləşdiyi problemlərdəndir. Belə cinayət əməlləri daha çox yay aylarında baş verir.

 

Teymur Baloğlanov (kriminalist): "Digər tərəfdən avtomobillərin özü də heç də etibarlı saxlanc yeri hesab olunmur. Söhbət puldan, qızıldan gedirsə, xüsusi yerlərdə saxlanılması tövsiyə olunur”.

 

Avtomobildən oğurluq hallarının statistikası göstərir ki, bəzi hallarda bunu edən şəxslər heç bir çətinliklə üzləşməyib. Avtomobilin qapı və ya pəncərəsinin açıq olması bu cür hallara zəmin yaradır. Buna görə də ekspertlər sürücülərin də diqqətli olmasını vacib sayırlar.

 

Elməddin Muradlı (ekspert): "Avtomobili bağlı yerdə saxlamaq lazımdı. Qapıların bağlı olmasından əmin olmaq lazımdır. Kameralı yerlərdə park etmək olar”.

 

Təhlükəsizlik tədbirləri avtoyuma yerlərində və təmir sexlərində saxlalanılan nəqliyyat vasitələrinə şamil olunmalıdır. Digər bir məqamsa peşəkar oğrularla bağlıdır. Hansı ki, onlar avtomobilin panik siqnalını da asanlıqla sıradan çıxara bilirlər.

 

Mütəxəssislər bəzi sürücülərin oğurluqla üzləşdikdə nə etməli olduğunu bilmədiyini deyir. Halbuki bu məqamda atılan ilk addımlar çox vacibdir.

 

Müəyyən təhlükəsizlik tədbirləri ilə bir çox hallarda avtomobili oğrulardan sığortalamaq mümkündür. Sürücülərin diqqətli olması həm onlara artıq ziyandan, həm də polisləri əlavə qayğıdan xilas edər.

Загрузка...
Ən çox izlənənlər

Son 12 saatda yüklənən xəbər yoxdur

Sizinlə əməkdaşlığa şad olardıq!

Brendinizi tanıtmaq üçün ölkənin ən reytinqli media resuslarından olan Media24.az saytında reklam bannerlərinin və tanıtım məqalərinin yayınlanması təklif edirik.

Siz həm brendinizin tanınmasının əhəmiyyətli dərəcədə artmasına, həm də məhsullarınız barədə məlumatın geniş yayılmasına nail olacaq, və həmçinin şirkətlərinizin internet saytlarının ziyarət edilməsinin sadə üsülla çoxalması imkanını əldə edəcəksiniz.

Daha ətraflı məlumat üçün: +99470 251-50-20

Bağla